ain.az, Unikal.az saytına istinadən bildirir.
Gəncədə 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal"ın yerli bürosunun məlumatına görə, qəza Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yolunun Hacıkənd qəsəbəsindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq divara çırpılıb. Qəza zamanı 4 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Xəsarət alanlar 1958-ci il təvəllüdlü Ə.Həsənov, 1980-ci il təvəllüdlü V.Əliyev, 1970-ci il təvəllüdlü V.Hacıyev və 1980-ci il təvəllüdlü T.Məmmədovdur.
Məlumata görə, qəzaya düşənlər ustadırlar.
Hadisə yerinə DYP əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.