EN

Heydər Əliyev çadır şəhərciyində onunla görüşmüşdü - 44 günlük müharibəyə qatıldı və... - Nadir kadrlar

Saatlı rayonunun Molday kəndi ərazisində məcburi köçkünlər üçün salınmış çadır şəhərciyində illər əvvəl yaşanan bir görüş bu gün böyük bir həyat yolunun rəmzinə çevrilib.

Musavat.com xəbər verir ki, Ümummilli Lider Heydər Əliyev həmin vaxt çadır şəhərciyində məskunlaşmış Cəbrayıl rayonunun Mehdili kənd sakini Çərkəz Rüstəmovun ailəsinə baş çəkərək onların yaşayış şəraiti ilə maraqlanıb.

Çərkəz Rüstəmov ağır həyat şəraitinə baxmayaraq, bu çətin günlərin sona çatacağına inandığını bildirib. O, çadır şəraitində böyütdüyü oğlu Teyfur Rüstəmovun hərbi məktəbdə təhsil aldığını da Ümummilli Liderin diqqətinə çatdırıb.

Heydər Əliyev isə məcburi köçkün ailəsinə təsəlli verərək, bir gün bütün köçkünlərin doğma torpaqlarına qayıdacağını bildirib.

İllər sonra həmin çadır şəhərciyində böyüyən Teyfur Rüstəmov hərbi məktəbi bitirərək Azərbaycan Silahlı Qüvvələrində zabit kimi xidmətə başlayıb. O, Azərbaycan Sülhməramlı Qüvvələrində yüksək rütbələrdə xidmət edib, 44 günlük Vətən müharibəsində bir çox döyüş əməliyyatlarında iştirak edərək savaşın qəhrəmanlarından birinə çevrilib.

Hazırda polkovnik-leytenant Teyfur Rüstəmov hərbi attaşe rəisi vəzifəsində çalışır.

Bu həyat yolu Ümummilli Lider Heydər Əliyevin vaxtilə məcburi köçkünlərə verdiyi ümidlərin gerçəyə çevrilməsinin nümunəsi kimi qiymətləndirilir. Onun əsasını qoyduğu ordu quruculuğu siyasəti bu gün İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Azərbaycanın güclü ordusu Vətən müharibəsində tarixi Zəfərə imza atıb.

Musavat.com

Chosen
70
musavat.com

1Sources