EN

Belarusu görün kimlər təhdid edir...

Belarusu xalqlar deyil, revanşistlər - SS-çilərin nəsilləri və meşə qardaşları kimi hərəkatların keçmiş iştirakçıları təhdid edir.

Publika.az xəbər verir ki, bunu Belarus lideri Aleksandr Lukaşenko bəyan edib.

O, Minskdə Qələbə monumentinə əklil və çiçək qoyma mərasimindən sonra bildirib ki, Qələbə bayrağı bu gün onların əlindədir. O, bu bayrağı nəsildən-nəslə ötürərək həmin müharibə haqqındakı həqiqət, qalib statusu və öz torpaqlarında öz yollarını seçmək suveren hüququ uğrunda bütün cəbhələrdə mübarizə apardıqlarını qeyd edib.

Lukaşenko həmçinin deyib ki, faşizm bu gün xarici formasını dəyişsə də, mahiyyət etibarilə əvvəlki təhdid olaraq qalır. O vurğulayıb ki, bəzilərinin digərlərindən üstün olması ideyaları dünyaya yeni yaralar vurmaqda davam edir.

Belarus Prezidenti tarixi təhrif edənlərə, xüsusilə sovet əsgərlərinin qalıqlarını kənarlaşdıranlara və sovet xalqının şücaətini mif adlandıranlara diqqət çəkib.

Chosen
153
publika.az

1Sources