EN

Pakistandan üzücü xəbər

Pakistanın Xayber-Paxtunxva əyalətində polis məntəqəsinin yaxınlığında baş verən bomba hücumunda azı üç hüquq-mühafizə orqanı əməkdaşı həlak olub.

Publika.az "Reuters"ə istinadla xəbər verir ki, hadisə ölkənin şimal-qərbindəki Bannu şəhərinin kənarında baş verib.

Təhlükəsizlik rəsmilərinin sözlərinə görə, partlayışdan sonra yaraqlılar hadisə yerində xidmət edən polis əməkdaşlarına atəş açıblar. Daha sonra onlar hadisə yerinə əlavə qüvvə kimi göndərilən təhlükəsizlik qüvvələrinə pusqu qurublar.

Polis rəsmisi hücum zamanı 15 zabitin xidmətdə olduğunu bildirib. İlkin məlumatlara görə, onların əksəriyyəti həlak olmuş ola bilər. Məlumata görə, obyektin özünə ciddi ziyan dəyib. Polis mənbələrinin məlumatına görə, hücum edənlər həmçinin dronlardan da istifadə ediblər. Ərazidə əməliyyat davam edir, ona görə ölənlərin sayı hələ də dəqiq deyil.

Chosen
8
45
publika.az

10Sources