EN

Ağdamda ağır qəza: 3 ölü, 4 yaralı var

Ağdam rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın Qarabağ bürosu xəbər verir ki, hadisə “KIA” və “VAZ-2106” markalı minik avtomobillərinin toqquşması nəticəsində qeydə alınıb.

İlkin məlumata görə, qəza zamanı 3 nəfər həyatını itirib, 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

Chosen
69
1
bizim.media

2Sources