EN

Xıdırlıda ağır qəza 4 ölü, 3 yaralı

ain.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ağdam rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, qəza rayonun Xıdırlı kəndi ərazisində qeydə alınıb.

Məlumata görə, hərəkətdə olan “Hyundai” markalı avtomobil qarşıdan gələn “VAZ-2106” markalı avtomobillə toqquşub.

Qəza nəticəsində avtomobillərdə olan 4 nəfər hadisə yerində həyatını itirib, 3 nəfər isə ağır xəsarət alıb. Yaralıların xəstəxanaya çatdırılması üçün hadisə yerinə həkim briqadaları cəlb olunub.

Ölən şəxslərin hərbçi olduqları bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Ziya Əmirxanlı

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
88
4
qafqazinfo.az

8Sources