EN

İsrail İranı vurmaq üçün: Bu ölkədə əvvəldən gizli baza yaradb

ain.az, Cebheinfo portalına istinadən məlumat yayır.

“İsrail fevral ayında İrana qarşı hava kampaniyasını dəstəkləmək üçün İraq səhrasında gizli hərbi baza yaradıb”.

“Cebheinfo.az” xəbər verir ki, bu, "The Wall Street Journal" qəzetinin ABŞ rəsmilərinə və digər mənbələrə istinadən verdiyi məlumatda bildirilir.

Nəşrin məlumatına görə, İsrail bazanı ABŞ-İsrail hücumları fevralın 28-də başlamazdan bir müddət əvvəl, İsrail Hərbi Hava Qüvvələrini dəstəkləmək üçün lojistik mərkəz kimi xidmət etmək məqsədilə tikib.

Xüsusi təyinatlı qüvvələr bölmələri və axtarış-xilasetmə qrupları da orada yerləşdirilib və onlar İsrail pilotunun vurulması halında hərəkətə keçməyə hazırdırlar.

Postu qorumaq üçün İsrail qüvvələri hətta martın əvvəlində onu az qala kəşf edən İraq qüvvələrinə qarşı hava hücumları təşkil ediblər.

“Rəsmi Bağdad o vaxt iddia edirdi ki, hava hücumları nəticəsində bir İraq əsgəri həlak olub. İraq mediası yerli bir çobanın ucqar bir ərazidə helikopterlər və silah səsləri də daxil olmaqla "qeyri-adi hərbi fəaliyyətə" şahid olduğunu bildirdikdən sonra hava hücumları nəticəsində bir İraq əsgəri həlak olub”,-deyə vurğulanır.

Nəşrin məlumatına görə, İsrail hücumları İraq qüvvələrini sonrakı araşdırmalardan çəkindirməyə müvəffəq olub.

Mart hücumunda əvvəlcə ABŞ-ni günahlandıran İraq o vaxt bildirib:

"Bu ehtiyatsız əməliyyat koordinasiya və ya təsdiq olmadan həyata keçirilib".

Mənbələr Amerika xəbər agentliyinə bildiriblər ki, ABŞ əməliyyatda iştirak etməyib.

"Görünür, zərbədən əvvəl hava dəstəyi ilə dəstəklənən və bölmələrimizin imkanlarından kənarda fəaliyyət göstərən müəyyən qüvvələr var idi", - deyə İraqın yüksək vəzifəli hərbi rəsmisi o vaxt bildirib.

Məqalədə ovaxtkı İsrail Hərbi Hava Qüvvələrinin baş komandanı general-mayor Tomer Barın mart ayında verdiyi açıqlamaya istinad edilir. O, xüsusi təyinatlı qüvvələrin İranla münaqişə zamanı "fövqəladə" əməliyyatlar keçirdiyini bildirib.

WSJ-yə danışan bir ekspertin sözlərinə görə, bazanın yerləşdiyi ərazi, yəni İraqın qərb səhrası əhalisinin azlığı və böyük ölçüsü nəzərə alınmaqla, gizli hərbi post üçün idealdır.

Xəzər

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
65
1
cebheinfo.az

2Sources