Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası ixrac edilib.
Anews.az-ın məlumatına görə, mayın 10-da Ermənistana 16 vaqon dizel yanacağı göndərilib.
Məlumata əsasən, indiyədək Azərbaycandan Ermənistana 9 min ton dizel yanacağı, 979 ton Aİ-92 benzini və 2955 ton Aİ-95 benzini ixrac olunub.
Bununla yanaşı, Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti tranzit yükdaşımaları həyata keçirilir. Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə 406 ton gübrə daşıyan 6 vaqon və 276 ton taxıl yüklənmiş 4 vaqon yola salınıb.