EN

Almanların ala bilmədiyi möhtəşəm uşağı “Qalatasaray” transfer edir

ain.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Türkiyə Super Liqasında ardıcıl 4-cü çempionluğunu qazanan “Qalatasaray” növbəti mövsümün heyətini formalaşdırmaq üçün transfer çalışmalarını sürətləndirib.Demokrat.az xəbər verir ki,  "sarı-qırmızılılar" Yunan futbolunun “möhtəşəm uşağı” kimi təqdim olunan 18 yaşlı Konstantinos Karetsasın transferi üçün hərəkətə keçib.Ötən yay transfer bazarında böyük səs-küy yaradan addımlar atan “Qalatasaray”ın yenə gündəmdə olacağı görünür.Uzun müddətdir Bernardo Silva üçün təşəbbüslər göstərən İstanbul təmsilçisi 10 nömrə mövqeyi üçün siyahısına yeni bir ad əlavə edib: Konstantinos Karetsas.Yunan futbolunun ən böyük istedadlarından biri hesab edilən 18 yaşlı futbolçu bu mövsüm “Genk”in heyətində keçirdiyi 48 rəsmi matçda 3 qol və 18 məhsuldar ötürmə ilə diqqət çəkib.Karetsası bir sıra Avropa nəhəngləri izləyir. “Borussiya Dortmund” futbolçunun meneceri ilə əlaqə saxlayıb. Lakin “Genk”in müəyyən etdiyi 35 milyon avroluq transfer haqqı Almaniya klubuna yüksək görünüb. İddialara görə, "sarı-qırmızılı" rəhbərlik öz yaş kateqoriyasında ən yüksək potensiala malik oyunçulardan biri sayılan Karetsas üçün bu məbləği ödəməyə hazırdır.Baş məşqçi Okan Burukun təqdim edəcəyi hesabata əsasən, klub prezidenti Dursun Özbek rəsmi danışıqlara başlaya bilər. Solaxay futbolçu 10 nömrə mövqeyindən əlavə, cinahlarda da oynaya bilir.Karetsas xüsusilə Avropa Liqasındakı 2 qol və 5 assistlik göstəricisi ilə ön plana çıxıb.18 yaşlı futbolçu Belçikada doğulsa və aşağı yaş qruplarında bu ölkənin millisində çıxış etsə də, A milli komanda seçimini Yunanıstandan yana edib.Jalə

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
62
demokrat.az

1Sources