EN

Birol Akgün: Ulu Öndər Heydər Əliyev modern Azərbaycanın qurulmasına böyük töhfə verib

Ulu Öndər Heydər Əliyev modern Azərbaycanın qurulmasına böyük töhfə verib.

İnterpress.az xəbər verir ki, bunu Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı Fəxri xiyabanı ziyarət edən Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Türkiyə-Azərbaycan münasibətlər nöqteyi-nəzərindən Ulu Öndərə aid edilən “bir millət, iki dövlət” anlayışı bu gün mükəmməl səviyyəyə çatan Türkiyə və Azərbaycan münasibətləri baxımından hələ də istifadə olunan ən önəmli şüardır:

“Ulu Öndərin anadan olmasının 103-cü ildönümündə bir daha onun bu millətə bəxş etdiyi bütün dəyərlərə görə onu rəhmətlə, hörmətlə, minnətdarlıqla və xeyirlə yad edirik. Allah rəhmət eləsin”.

Chosen
6
2
interpress.az

3Sources