EN

“Barselona” “Real”la qarşılaşma üçün heyətini açıqlayıb FOTO

ain.az, Idman.biz portalına istinadən məlumat yayır.

İspaniyanın “Barselona” futbol komandasının baş məşqçisi Hansi Flik “Real Madrid”lə keçiriləcək “El-Klasiko” üçün iştirak ərizəsini müəyyənləşdirib.

İdman.Biz xəbər verir ki, La Liqanın 35-ci turu çərçivəsində baş tutacaq görüş üçün Kataloniya təmsilçisinin heyətində 22 futbolçunun adı yer alıb. Qarşılaşma bu axşam, Bakı vaxtı ilə 23:00-da keçiriləcək.

Qapıçılar sırasında Joan Qarsiya, Voytsex Şensnı və Eder Aller yer alıb. Müdafiə xəttində Joau Kanselu, Alexandro Balde, Ronald Arauxo, Pau Kubarsi, Jerar Martin, Jül Kunde, Erik Qarsiya və Xavi Espartın adı var.

Yarımmüdafiə xəttində Qavi, Pedri, Fermin Lopes, Mark Kasado, Dani Olmo, Frenki de Yonq və Mark Bernal yer alıblar. Hücum xəttində isə Ferran Torres, Robert Levandovski, Rafinya, Markus Reşford və Runi Bardqji “El-Klasiko” üçün iştirak ərizəsinə daxil edilib.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
38
icma.az

1Sources