EN

David Santos əməliyyat olunacaq, 4-5 ay oynamayacaq – ARENA.AZ

Azərbaycan Premyer Liqasında mübarizə aparan “Şamaxı”nın futbolçusu David Santos 4-5 ay yaşıl meydanlardan kənarda qalacaq.

Arena.az xəbər verir ki, bu barədə bölgə təmsilçisindən bildirilib.

Buna braziliyalı müdafiəçinin Azərbaycan Premyer Liqasının 30-cu turunda “Sabah”a uduzduqları oyunda (0:3) zədələnməsi sabəb olub. Sözügedən matçın ilk hissəsində əvəzlənmiş oyunçunun dizindəki çarpaz bağı qopub və o, əməliyyat olunacaq.

Xatırladaq ki, David Santos cari mövsümün əvvəlində “Şamaxı”ya keçmişdi. 24 yaşlı mərkəz müdafiəçisi əyalət təmsilçisinin heyətində meydana çıxdığı 33 oyunda 1 məhsuldar ötürmə müəllifi olub.

Braziliyalı müdafiəçi karyerası ərzində “Kovilya”, “Penafiel”, “Anapolis”, “Lusitaniya”, “Montaleqre”, “Felqeyras”, “Braqa” (B) kimi komandalarda da forma geyinib.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Chosen
23
4
arena.az

10Sources