Dünyada portağal məhsuldarlığının azalması fonunda portağal şirəsinin qiyməti sürətlə artmağa başlayıb.
"Ölkə.az" xəbər verir ki, dünyanın ən böyük portağal ixracatçısı olan Braziliyada bağlar təhlükəli xəstəlik səbəbindən kütləvi şəkildə zərər görür. Bu səbəbdən 2026–2027 mövsümündə məhsulun daha 13 faiz azalacağı gözlənilir.
Problemlər ABŞ-nin əsas portağal istehsal mərkəzlərindən olan Florida ştatında da yaşanır. Son üç ildə burada məhsuldarlıq təxminən 20 dəfə azalıb.
Məlumata görə, vəziyyət dəyişməzsə, portağal şirəsi yaxın illərdə dünya bazarında xeyli bahalaşa və bəzi ölkələrdə qıt məhsula çevrilə bilər.(musavat.com)