EN

"Anası erkən rəhmətə gedib, Əli müəllim onu çox çətinliklə böyüdüb" - Sevinc Orucova

"Bu gün qəhrəman şəhidimiz Samir Sarıyevin atası Əli müəllimlə cənab Prezidentimizin arasındakı görüşü izləyəndə həm kövrəldim, həm də özümüzü əmin hiss etdim".

"Unikal" xəbər verir ki, bunu “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri, şəhid polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova deyib. 

"Şəhidimizin anası erkən rəhmətə gedib, atası Əli müəllim onu çox çətinliklə,köçkünçülük həyatı ilə böyüdüb. Amma qəhrəman yetişdirib. Samir üzünü belə görmədiyi Vətən torpağı, yurd yeri üçün igidliklə döyüşüb, şəhidlik zirvəsinə ucalıb.

Atanın çəkdiyi əziyyətlər, əzizlərinin itkisi,əzabı onun simasından hiss olunur. Cənab Prezidentin onun kədərini, ağrısını hiss etməsi,qayğı göstərib narahat olması mənəvi cəhətdən bizə əminlik göstəricisidir. Hər bir kəs şəhid adına sayğı,ehtiram, şəfqət nümayiş etdirməlidir.

Çünki bu gün üzərində qürurla gəzdiyimiz o torpaqların azadlığını o belibükük Ataların kədərinə, o gözüyaşlı Anaların həsrətinə borcluyuq.Vətən elə o Atalardan, Analardan başlayır!

Cənab Prezident bu dəyəri hiss edir, qoruyur və keşiyində durur!

Hər kəs də nümunə götürməli!", - deyə S.Orucova qeyd edib. 

 

Chosen
17
1
unikal.az

2Sources