Gəncədə yeniyetmə bədbəxt hadisə nəticəsində xəsarət alıb.
"Unikal" Gencexeber.az-a istinadən xəbər verir ki, 2013-cü il təvəllüdlü M.Abdullayev atdan yıxılıb. Müxtəlif bədən xəsarətləri alan 13 yaşlı uşaq xəstəxanalardan birinə çatdırılıb.
Ona tibbi yardım göstərilib. Həkimlərin verdiyi məlumata əsasən, vəziyyəti ağırdır.
Hadisənin başvermə səbəbləri araşdırılır.