EN

Oçoa qələbədən sonra sevgilisinə evlilik təklifi etdi FOTO

Idman.biz portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

UFC-nin ən yüngül çəki dərəcəsində çıxış edən Peru təmsilçisi Xose Oçoa UFC 328 turnirində qələbədən sonra diqqətçəkən addım atıb.

İdman.Biz xəbər verir ki, Oçoa ABŞ-ın Nyu-Cersi ştatının Nyuark şəhərində keçirilən turnirdə amerikalı Kleyton Karpenteri yekdil hakim qərarı ilə məğlub edib. Hakimlərin hər üçü döyüşü perulu idmançının xeyrinə 30:27 hesabı ilə qiymətləndirib.

Döyüşdən sonra Oçoa oktagondakı müsahibə zamanı Braziliyada olan sevgilisinə evlilik təklifi edib:

“Mən gələcək həyat yoldaşım, uşağımın anası üçün xüsusi bir şey etmək istəyirəm. Mənimlə evlənərsən?”

Daha sonra Oçoa “MMA Fighting”ə açıqlamasında sevgilisinin təklifə müsbət cavab verdiyini bildirib:

“O, “hə” dedi. Çünki bu anı gözləyirdi. O, mənim həyat yoldaşım olacaq”.

Qarşılaşma Oçoanın üstünlüyü ilə keçib. Perulu döyüşçü üç raund ərzində ayaqüstü mübarizədə rəqibindən daha fəal olub. İkinci raunda doğru Karpenterin üzündə zərbələrin izi aydın görünməyə başlayıb.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
28
icma.az

1Sources