EN

​Ölünün qulağına niyə pambıq tıxayırlar?

Dünyadan köçən insanların ağzına, burnuna və qulağına pambıq qoyulması yüz illərdir davam edən ənənədir. Buna səbəb nədir? Metbuat.az xəbər verir ki, ölən insanın qulağına, ağzına və burnuna pambıq tıxanması gigiyenik və dini amillərlə bağlıdır. Belə ki, insan dunyasını dəyişdikdən sonra bədəndəki əzələlər boşaldığı üçün daxili orqanlarda baş verən proses nəticəsində ağız, burun və qulaqdan qan, köpük və digər mayelər çıxa bilər. Pambıq bu ifrazatların xaricə çıxmasının qarşısını almaq üçün qoyulur.Bu ənənə ölüyə hörmət əlaməti olaraq cənazənin təmizliyini qorumaq məqsədi daşıyır.

Ölmüş insanın ağzına, burnuna və qulağına pambıq tıxanması İslam adətləri ilə üst-ustə düşdüyü üçün müsəlmanlar yüz illərdir bu ənənəni yaşadır.

Chosen
42
metbuat.az

1Sources