EN

28 yaşlı Raşford bunu ilk dəfə bacardı

ain.az xəbər verir, Fanat saytına əsaslanaraq.

Müqavilə ilə "Mançester Yunayted"ə məxsus olan, hazırda icarə əsasında "Barselona"da çıxış edən Markus Raşford karyerasında ilk dəfə çempionluq sevinci yaşayıb.

Fanat.Az xəbər verir ki, ingilis futbolçu La Liqanın qalibi olub. 

O, 9-cu dəqiqədə hesabı açaraq Kataloniya nəhənginin "Real Madrid"lə qızıl matçda qələbə qazanmasında pay sahibi olub. "Blaugrana" əzəli rəqibini 2:0 hesabı ilə məğlub edib və sona üç tur qalmış çempionluğu rəsmiləşdirib. "Opta"-nın məlumatına görə, 28 yaşlı Raşford üçün bu, karyerasında ilk ölkə çempionu tituludur. Vinger əvvəllər "Mançester Yunayted"lə avrokubokda (Avropa Liqası) qalib gəlsə də, liqa qələbəsinin sevincini yalnız indi dadıb. 

Xatırladaq ki, "Barselona" Raşfordu "qırmızı şeytanlar"dan mövsümün sonuna qədər icarəyə götürüb.

Mirağa

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
33
1
fanat.az

2Sources