EN

Əmtəə bazarlarında qızıl 1% ucuzlaşıb

Qlobal əmtəə bazarlarında qiymətli metalların qiymətlərində qarışıq dinamika müşahidə olunub.

APA-Economics” xəbər verir ki, COMEX birjasında iyun fyuçersləri üzrə qızılın qiyməti 1,04% və ya 49,1 ABŞ dolları azalaraq bir unsiya üçün 4 681,6 ABŞ dolları olub. Spot bazarda qızılın qiyməti isə 0,85% və ya 40,16 ABŞ dolları azalaraq 4 675,09 ABŞ dollarına enib.

Platinumun spot qiyməti də 0,91% və ya 18,69 ABŞ dolları azalaraq bir unsiya üçün 2 039,99 ABŞ dolları olub.

Gümüşün iyul fyuçerslərinin qiyməti əksinə, 0,02% artaraq bir unsiya üçün 80,89 ABŞ dolları təşkil edib.

Analitiklər bildirirlər ki, ABŞ və İran arasında gərginliyin nisbətən səngiməsi təhlükəsiz aktivlərə tələbi azaldaraq qızılın qiymətinə təzyiq göstərib. Bununla yanaşı, sənaye metalları qlobal iqtisadi artımla bağlı gözləntilərin dəstəyi ilə nisbətən müsbət dinamika nümayiş etdirib.

Chosen
15
7
apa.az

9Sources