EN

İranda ABŞ və İsrailə casusluqda ittiham olunan şəxs edam edilib

İranda Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) və Mossad üçün casusluqda ittiham olunan şəxs edam edilib.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İran məhkəmə hakimiyyəti İrfan Şəkurzadənin ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi və İsrailin “Mossad” kəşfiyyat xidməti ilə əməkdaşlıq ittihamı ilə edam olunduğunu açıqlayıb.

İranın Məhkəmə Hakimiyyəti Şəkurzadənin ölkənin mühüm elmi qurumlarından birində çalışdığı dövrdə xarici xüsusi xidmət orqanları ilə əlaqə yaratdığını bildirib.

Məlumata əsasən, o, xüsusilə MKİ və “Mossad”la əməkdaşlıq edərək ixtiyarında olan məxfi məlumatları qarşı tərəfə ötürməkdə təqsirli bilinib.

Qeyd olunub ki, Şəkurzadə fəaliyyəti dövründə peyk layihələri ilə bağlı şirkətdaxili məlumatları xarici tərəfə təqdim edib və bunun müqabilində kriptovalyuta formasında ödəniş alıb.

İran Məhkəmə Hakimiyyəti, həmçinin bildirib ki, aşkarlanan elektron yazışmalarda Şəkurzadənin ABŞ vizası və həmin ölkədə təhsil almaq üçün qarşı tərəfdən yardım istədiyi müəyyən olunub.

Chosen
57
4
apa.az

6Sources