Güney azərbaycanlı siyasi məhbus və Nobel sülh mükafatı laureatı Nərgiz Məhəmmədi müalicə üçün həbs cəzasının icrasının dayandırılması barədə qərar verildikdən sonra Tehrandakı Pars xəstəxanasında yerləşdirilib.BUTA.TVTeleqraf-a istinadla xəbər verir ki, bu barədə Nərgiz Fondu məlumat yayıb. Fond bu köçürmənin yüksək təhlükəsizlik tədbirləri altında həyata keçirildiyini açıqlayıb. Nərgiz Məhəmmədinin böyük girov müqabilində müvəqqəti azadlığa buraxıldığı bildirilib.