EN

Rəsmi Tehran Trampın Çinə səfərinə münasibət bildirib

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai ABŞ Prezidenti Donald Trampın Çinə səfərinə münasibət bildirib.

APA-nın Tehran bürosunun məlumatına görə, Bəqai bildirib ki, Çinə səfər ikitərəfli xarakter daşıyır və bu məsələ həmin ölkələrin özünə aiddir.

O qeyd edib ki, İran Çinlə strateji tərəfdaş kimi əlaqələrini davam etdirir və İran xarici işlər nazirinin Çinə son səfəri zamanı Tehran mövqeyi Pekinə çatdırılıb.

Bəqainin sözlərinə görə, Çin İrana qarşı aparılan müharibənin təsadüfi hadisə olmadığını, ABŞ tərəfindən birtərəfli siyasətin gücləndirilməsinə yönəlmiş qlobal prosesin bir hissəsi olduğunu anlayır.

“Çin üçün də Fars körfəzi və Qərbi Asiyada təhlükəsizlik ən azı bizim qədər önəmlidir”, - o vurğulayıb.

ABŞ Prezidenti Donald Tramp 13-15 may tarixlərində Çində səfərdə olacaq.

Chosen
55
2
apa.az

8Sources