ain.az, Fanat saytına istinadən bildirir.
"Arsenal" özünün bir mövsümdə qələbə rekordunu yeniləyib.
Fanat.Az xəbər verir ki, İngiltərə Premyer Liqasının (İPL) 36-cı turunda "Vest Hem"i 1:0 hesabı ilə yenən London komandası 2025/2026 mövsümündə bütün turnirlərdə 42-ci zərərinə imza atıb.
"Topçular" daha öncə 1970/1971 mövsümündə 41 qələbəyə sevinmişdilər.
36 oyuna 79 xal toplayan "Arsenal" İPL-in turnir cədvəlinə başçılıq edir. "Mançester Siti" 74 xalla ikinci pillədə qərarlaşıb. "Şəhərlilər"in ehtiyatda bir oyunu var.
İspaniyalı mütəxəssis Mikel Artetanın çalışdırdığı kollektiv UEFA Çempionlar Liqasının finalına da vəsiqə qazanıb. Londonlular mayın 30-da Budapeştdəki "Ferens Puşkaş" stadionunda turnirin son qalibi PSJ ilə üz-üzə gələcəklər.
Toğrul
Abunə Ol
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.