EN

İki ildən sonra A seriyasına qayıtdılar

İtaliyanın B seriyasında müntəzəm çempionat yekunlaşıb.

"Football-plus.az" xəbər verir ki, 38-ci turun son oyununda “Frozinone” evdə “Mantova”nı 5:0 hesabı ilə məğlub edib və yekun cədvəldə 2-ci yeri tutub. Bununla da komanda 2023/24 mövsümündən sonra A seriyasına vəsiqəni təmin edib.

37-ci turdan sonra “Venetsiya” yüksək liqaya vəsiqəni rəsmiləşdirmişdi. A seriyasına son vəsiqə uğrunda 6 klub mübarizə aparacaq. Pley-off mərhələsinin ilk oyunları mayın 12-də keçiriləcək.

Yeri gəlmişkən, “Piza” və “Verona” artıq A seriyasındakı yerlərini itiriblər.

Chosen
40
football-plus.az

1Sources