EN

Barselona çempionluq paradı ilə bağlı bəyanat yaydı

ain.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

La Liqanın 35-ci turu çərçivəsində dünən əzəli rəqibi "Real Madrid"i məğlub edərək çempionluğunu rəsmiləşdirən "Barselona"nın çempionluq paradının vaxtı açıqlanıb.

Fanat.Az xəbər verir ki, Kataloniya təmsilçisinin mətbuat xidməti bu barədə bəyanat yayıb:

"Barselona"nın kişilərdən ibarət əsas komandası mayın 11-də, yerli vaxtla 17:00-da (Bakı vaxtı ilə 19:00-da - red.) İspaniya Superkubokundakı və La Liqadakı qələbələri bayram etmək üçün Barselonanın küçələrinə çıxacaq. Şəhərin bir neçə rayonunda qeyd olunacaq mərasim bütün arzulayanlar üçün açıqdır. 

Oyunçular, məşqçi heyəti, azarkeşlər yalnız qazanılan titulları yox, həm də "Kamp Nou"ya qayıdışı qeyd edərək xüsusi gün keçirəcəklər. Stadion yenidən "Barselona" və azarkeşləri arasındakı əkaqəni möhkəmləndirərək birliyin, emosiyaların və kollektiv qürurun rəmzinə çevrilib".

Toğrul

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
16
1
fanat.az

2Sources