EN

"Artıq Ukraynanın “Taurus”a bənzər raketləri var"

Ukraynanın Almaniyanın “Taurus” raketlərinə bənzər uzaqmənzilli raketləri mövcuddur.

Aznews.az xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Mixail Fedorov Almaniyanın müdafiə naziri Boris Pistorius ilə Kiyevdə keçirilən brifinqdə deyib.

“Əgər “Taurus”dan danışırıqsa, əlbəttə ki, hazırda bizdə oxşar və daha böyük məsafədə işləyən raketlər var. Amma belə zərbə vasitələri heç vaxt çox olmur”, – Fedorov bildirib.

Nazir qeyd edib ki, Ukrayna daha çox zərbə vasitəsi əldə etməyə hər zaman açıqdır.

Chosen
47
5
aznews.az

2Sources