EN

Mağazadan seyf oğurlayan şəxs saxlanıldı

Mağazadan seyf oğurlayan şəxs saxlanıldı

Paytaxtın Nərimanov rayonu ərazisində yerləşən obyektlərin birindən içərisində nağd pul və hədiyyə kuponları olan seyf oğurlanıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs artıq saxlanılıb.

AFN.az xəbər verir ki, naməlum şəxs mağaza əməkdaşlarının başının qarışıq olmasından istifadə edərək, içərisində 500 manat nağd pul və 1950 manat dəyərində hədiyyə kuponları olan seyfi ələ keçirib. O, seyfi obyektin arxa qapısından çıxararaq hadisə yerindən uzaqlaşıb.

Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən çevik tədbirlər nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən 25 yaşlı Maksim Mahmudov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.

Chosen
2
16
afn.az

10Sources