ain.az, Fanat portalına istinadən məlumat yayır.
Bu yay heyətinə yeni ulduzlar qatmağı planlaşdıran "Real Madrid" maliyyə balansını qorumaq üçün bəzi oyunçuları ilə yollarını ayıra bilər.
Fanat.Az xəbər verir ki, "The Athletic"in yaydığı məlumata görə, "Kral Klubu" yeni transferlər öncəsi büdcədə boşluq yaratmaq üçün futbolçu satmağa məcburdur.
Niko Pazın 15 milyon avrodan aşağı məbləğə "Komo"dan geri dönəcəyi gözlənilsə də, Aurelyen Tçuameni, Eduardo Kamavinqa və Dani Seballos kimi yarımmüdafiəçilərin komandadan ayrılmasına icazə verilə bilər. Klub rəhbərliyi gələn təklifləri dəyərləndirərək heyətdəki sıxlığı azaltmağı və büdcəni tarazlamağı hədəfləyir.
Abunə Ol
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.