EN

Nyu-Yorkda Heydər Əliyevin 103 illiyi münasibətilə şahmat turniri keçirilib

Azərbaycanın BMT yanındakı Daimi Nümayəndəliyi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyi münasibətilə keçirilən "Nyu-York Açıq Rapid Şahmat Turniri"ndə iştirak edib.

"Far.Az" xəbər verir ki, bu barədə Azərbaycanın BMT yanındakı Daimi Nümayəndəliyinin "X" sosial şəbəkə hesabında məlumat yayılıb.

"Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən təşkil edilən turnir 40-dan çox şahmatçını bir araya gətirib və qaliblərin kuboklarla təltif edildiyi mükafatlandırma mərasimi ilə yekunlaşıb", - məlumatda bildirilib.

Chosen
71
far.az

1Sources