EN

Lökbatanda şiddətli yanğın: anbardakı mallar təhlükəsiz əraziyə daşınır - FOTO/VİDEO

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində böyük anbarların birində yanğın baş verməsi barədə məlumat daxil olub.

Qaziler.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, məlumatla əlaqədar əraziyə dərhal FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. 

Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilməklə, anbardakı malların çıxarılaraq təhlükəsiz əraziyə daşınması işləri həyata keçirilir.

Qeyd olunub ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov hazırda hadisə yerindədir.

İlkin məlumata əsasən, hadisə zamanı xəsarət alan yoxdur. Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Chosen
35
24
qaziler.az

10Sources