EN

Azərbaycan neftinin qiyməti 110 dolları ötdü

BAKI, 12 may. TELEQRAF

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan nefti bahalaşıb.

Teleqraf xəbər verir ki, neftin 1 barelinin qiyməti 0.50 ABŞ dolları və ya 0.45% artaraq 110.48 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Chosen
29
16
teleqraf.com

10Sources