İrlandiyanın xarici işlər naziri Helen Makenti Avropa İttifaqını (Aİ) Qəzza zolağında və İordan çayının Qərb sahilində vəziyyətin pisləşməsinə görə məsuliyyət daşıyanlara qarşı sanksiyalar tətbiq etməyə çağırıb.
Â
"Report" xəbər verir ki, bu barədə Makenti Brüsseldə jurnalistlərə Aİ-nin Xarici İşlər Şurasının iclasından əvvəl bildirib.
Â
"Fikrimcə, Aİ hərəkətə keçməlidir və biz, xüsusən də söhbət Qəzzadan gedəndə, müşahidəçi qalmağa davam edə bilmərik", - Makenti deyib.
Â
O bildirib ki, İrlandiya İspaniya və Sloveniya ilə birgə Qərb sahilindəki "aqressiv əhval-ruhiyyəli mühacirlərə" və onları dəstəkləyən şəxslərə qarşı sanksiyaların tətbiq olunmasına çalışacaq. Bununla yanaşı, Makenti bu məsələ ilə bağlı Şurada tam konsensusa ümid etdiyini bildirib.
Â
Makentinin sözlərinə görə, Dublin, həmçinin Aİ ilə İsrail arasında assosiasiya sazişinin ticarət hissəsinin dayandırılmasının və İsrail yaşayış məskənləri ilə ticarətə dair tədbirlərin sərtləşdirilməsinin tərəfdarı kimi çıxış edəcək.
Â