Mayın 12-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.
Â
Senzor.az Milli Hidrometeorologiya XidmÉ™tinÉ™ istinadÉ™n bildirir ki, havanın temperaturu gecÉ™ 15-18°, gündüz 25-29° isti olacaq.Â
Â
Atmosfer təzyiqi 762 mm civə sütunundan 756 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 45-55 % təşkil edəcək.
Â
Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi bəzi dağlıq və dağətəyi rayonlarda arabir güclənəcək.
Â
Havanın temperaturu gecə 14-18°, gündüz 25-30°, dağlarda gecə 5-10°, gündüz 13-18°, bəzi yerlərdə 23-25° isti olacaq.