EN

Paytaxtda 14 istiqamət üzrə nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur

Bakı, 12 may, AZƏRTAC

Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb.

AZƏRTAC Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadla hazırda sıxlıq müşahidə edilən yolların siyahısını təqdim edir:

1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;

2. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

3. Mikayıl Müşfiq küçəsi, “Badamdar” dairəsindən 20 nömrəli məktəb-lisey istiqamətində;

4. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;

5. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;

6. Niyazi küçəsi, “Azneft” dairəsi istiqamətində;

7. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

8. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;

9. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;

10. Qara Qarayev prospekti, “Qara Qarayev” metro stansiyasından “Koroğlu” metro stansiyası istiqamətində;

11. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından “Koroğlu” metro stansiyası istiqamətində (dairəyə qədər);

12. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

13. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;

14. Sabunçu-Zabrat şosesi, “Koroğlu” metro stansiyası istiqamətində.

Chosen
17
49
azertag.az

10Sources