EN

Baş nazir məktəbləri onlayn təhsilə keçməyə çağırdı - Bu ölkədə

Hindistanın Baş naziri Narendra Modi Yaxın Şərqdəki münaqişənin yaratdığı iqtisadi çətinliklər fonunda resurslara qənaət etmək üçün təhsil müəssisələrini müvəqqəti olaraq onlayn təhsilə keçmə imkanını nəzərdən keçirməyə çağırıb.

Ölkə.az xarici KİV-ə istinadla xəbər verir ki, onun sözlərinə görə, rəqəmsal texnologiyalar bir çox işi xeyli asanlaşdırır və həm dövlət, həm də özəl qurumlar virtual iclaslara və əməkdaşların məsafədən işləməsinə üstünlük verməlidirlər.

“Texnologiyalar bizÉ™ böyük fayda verÉ™ bilÉ™r. HÉ™m dövlÉ™t, hÉ™m dÉ™ özÉ™l qurumların virtual görüşlÉ™rÉ™ vÉ™ uzaqdan iÅŸ rejiminÉ™ üstünlük vermÉ™si son dÉ™rÉ™cÉ™ vacibdir. HÉ™mçinin bÉ™zi mÉ™ktÉ™blÉ™ri müəyyÉ™n müddÉ™t É™rzindÉ™ onlayn dÉ™rslÉ™rin təşkili ilÉ™ məşğul olmaÄŸa çağırıram”, – deyÉ™ Modi qeyd edib.

Bu çağırışdan əvvəl Hindistan hökumət başçısı vətəndaşlardan benzin və dizelə qənaət etməyi, qızıl və zəruri olmayan idxal mallarını almamağı, eləcə də toy mərasimləri də daxil olmaqla xarici səfərlərdən imtina etməyi xahiş etmişdi.

Modinin sözlÉ™rinÉ™ görÉ™, Yaxın ŞərqdÉ™ki münaqiÅŸÉ™ “bu onilliyin É™n böyük böhranlarından biridir”.

“Biz idxal mÉ™hsullarının istehlakını É™n kiçik addımlarla belÉ™ azaltmalı vÉ™ xarici valyutanın É™sassız xÉ™rclÉ™nmÉ™sinÉ™ sÉ™bÉ™b olan ÅŸÉ™xsi davranışlardan çəkinmÉ™liyik”, – deyÉ™ o vurÄŸulayıb.

Qeyd edək ki, Hindistan dünyada neft idxalına görə üçüncü yerdədir və enerji daşıyıcılarının qiymətlərinin kəskin artması, eləcə də Hörmüz boğazı vasitəsilə tədarükün dayanması ölkəyə ciddi təsir göstərib. Artan enerji xərcləri rupi üzərində təzyiq yaradıb və milli valyuta rekord həddə qədər ucuzlaşıb. Bu səbəbdən Hindistanın Mərkəzi Bankı valyutanı sabitləşdirmək üçün bu il bir sıra ciddi addımlar atmağa məcbur olub.

Həmidə İbrahimova

Chosen
19
1
olke.az

2Sources