EN

Azərbaycanlı qadın Londonda vəfat etdi - FOTO

İngiltərədə azərbaycanlı qadın vəfat edib.
 
Moderator.az Qafqazinfo-ya istinadən bildirir ki, bu barədə onun yaxınları məlumat verib.
 
Xeyli müddətdir bu ölkədə yaşayan Natəvan Qasımzadə dünyasını dəyişib.
 
34 yaşlı Natəvanın hamiləliklə əlaqədar qəfil vəfat etdiyi bildirilib.
 
Qeyd edək ki, N.Qasımzadə “Westminster” Universitetində “Hematologiya” ixtisası üzrə magistr təhsili alıb. O, daha sonra İngiltərədə qalaraq tibb sahəsində çalışmağa başlayıb. 
Chosen
43
13
moderator.az

10Sources