EN

Azərbaycanda "e-Su" tətbiqi fəaliyyətini dayandırır

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rəqəmsal xidmətləri "mygov" platformasına inteqrasiya edilir.

Publika.az bu barədə ADSEA-ya istinadən xəbər verir.

Bildirilib ki, rəqəmsal dövlət xidmətlərinin "bir pəncərə" prinsipi ilə təqdim olunması üzrə görülən tədbirlər çərçivəsində mayın 12-dən etibarən "e-Su" mobil tətbiqi fəaliyyətini dayandıracaq və rəqəmsal xidmətlər artıq "mygov" platformasında əlçatan olacaq. Görülən işlərin əsas məqsədi vətəndaşlara təqdim olunan xidmətlərin əlçatanlığının artırılması, rəqəmsal proseslərin sadələşdirilməsi, eləcə də əlavə resurs və xidmət kanallarına ehtiyacın minimuma endirilməsidir.

Bu günədək Agentliyin 6 xidməti "mygov" platformasında vətəndaşlara rəqəmsal formada təqdim olunurdu. Hazırda isə mövcud xidmətlərlə yanaşı, qurumun daha 7 xidməti də platformaya inteqrasiya edilir. Növbəti mərhələlərdə mövcud rəqəmsal xidmətlərin təkmilləşdirilməsi və əlavə xidmətlərin "mygov" platformasına inteqrasiyası istiqamətində işlər davam etdiriləcəkdir.

"mygov" platformasında hazırda mövcud olan xidmətlər:

Chosen
11
9
publika.az

10Sources