EN

Tramp Si Cinpinlə nəyi müzakirə edəcək? Açıqladı

Yeniavaz portalından verilən məlumata əsasən, ain.az bildirir.

ABŞ Prezidenti Donald Tramp Çin Prezidenti Si Cinpinlə Amerika silahlarının Tayvana satılması məsələsini müzakirə etməyi planlaşdırır.

Yeniavaz.com xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri məsələ ilə bağlı sualı cavablandırarkən bildirib.  

“Mən bunu sədr Si ilə müzakirə edəcəyəm. O, bizim Tayvana silah satışını dayandırmağımızı istəyir. Bu, müzakirə edəcəyimiz bir çox məsələlərdən biri olacaq”, - Tramp qeyd edib.

Tramp bildirib ki, o həmçinin, enerji məsələlərini və İran ətrafındakı vəziyyəti müzakirə etməyi planlaşdırır.

Qeyd edək ki, bundan əvvəl Çin Xarici İşlər Nazirliyi Trampın mayın 13-dən 15-dək Çinə rəsmi səfər edəcəyini bildirmişdi. Nazirliyin bildirdiyinə görə, Amerika lideri Çinə Prezident Si Cinpinin dəvəti ilə gedəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
68
yeniavaz.com

1Sources