EN

Dəhşətli qəzada yaralananların SON VƏZİYYƏTİ

Sabirabadda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb.

Musavat.com-un xəbərinə əsasən, Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, mayın 12-də 07:30-da Sabirabad rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə səkkiz nəfər (beş kişi, üç qadın) Şirvan Şəhər Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

"Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib. Hazırda pasiyentlərin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyətləri stabil olaraq qiymətləndirilir", - deyə məlumatda bildirilib.

Chosen
17
1
musavat.com

2Sources