EN

Rəsul Quliyev YAP-a keçir? - Partiyadan CAVAB

Milli Məclisin sabiq sədri, hazırda ABŞ-də yaşayan Rəsul Quliyevin fəxri sədri olduğu Gələcək Azərbaycan Partiyasının (GAP) fəaliyyətini dayandıraraq üzvlərinin Yeni Azərbaycan Partiyasına (YAP) birləşmək üçün müraciət etməsi ilə bağlı məlumatlar var. 

Məsələ ilə bağlı Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu “Cebheinfo.az”-a bildirib ki, Gələcək Azərbaycan Partiyası özünü hakim Yeni Azərbaycan Partiyasının strateji müttəfiqi hesab edir: 

“Rəhbərlik etdiyim Gələcək Azərbaycan Partiyasının sonuncu prezident seçkilərində rəsmi namizədi - qurultayımızın qərarı ilə Ali Baş Komandan İlham Əliyev olmuşdur.

Partiyamız Prezident İlham Əliyev cənabının apardığı siyasəti dəstəkləyir. Amma bu gün və dünən bəzi kütləvi informasiya vasitələrində yayımlanan məlumatların heç bir əsası yoxdur. Belə bir niyyət, eləcə də təşəbbüs mövcud deyildir və ağ yalandan ibarətdir”. 

“Cebheinfo.az”

Chosen
54
cebheinfo.az

1Sources