EN

Qardaş ölkədə güclü partlayış: Ölənlər var

Bu gün Pakistanın şimal-qərbində yerləşən Xayber Paxtunxva əyalətinin Lakki Marvat şəhərində bazarda partlayış baş verib.

Publika.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Bildirilib ki, partlayış nəticəsində 9 nəfər həlak olub, 20-dən çox insan yaralanıb.

Məlumata görə, ölənlərdən ikisi polis əməkdaşı, digərləri isə mülki şəxsdir.

Chosen
29
publika.az

1Sources