EN

“Azərtütün” tərəfindən bu günədək şimal qərb rayonlarında 676 hektar sahədə tütün əkilib

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Zaqatala, 12 may, AZƏRTAC

“Azərtütün” Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən Zaqatala, Balakən, Qax və Şəki rayonlarında bu günədək 676 hektar sahədə “Virciniya botaniki” növlü tütün əkilib.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə ASC-dən məlumat verilib.

Bildirilib ki, bu il ASC tərəfindən respublikamızın şimal-qərb bölgəsinə daxil olan rayonlarda 799,5 hektar sahədə tütün əkilməsi nəzərdə tutulur. Tütün istehsalı ilə əlaqədar 35 fermerlə müqavilə bağlanılıb. Fermerlərlə bağlanılan müqavilələr üzrə tütün əkiləcək sahə 376,7 hektar təşkil edir. Eyni zamanda, şirkətin özü tərəfindən bu il şimal-qərb bölgəsində 422,8 hektar sahədə tütün əkilməsi nəzərdə tutulur.

Bu günədək şirkət tərəfindən Şəki rayonunda 342,1 hektar, Zaqatalada 228,9 hektar, Qaxda 61 hektar, Balakən rayonunda isə 44 hektar sahəyə tütün şitilləri köçürülüb və hazırda işlər davam etdirilir.

Müxbir – Mustafa Dadaşov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
13
8
azertag.az

9Sources