EN

İnsan alveri ilə bağlı 2 qrup ZƏRƏRSİZLƏŞDİRİLİB Həbs olunanlar var

ain.az bildirir, Bizim media portalına istinadən.

İnsan alveri cinayətlərinin aşkarlanması və təqsirkar şəxslərin məsuliyyətə cəlb olunması sahəsində keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 198, o cümlədən 152 insan alveri, eləcə də insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlərə görə 45 cinayət müəyyən edilib.Bizim.media xəbər verir ki, bunu daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimov Milli Məclisin bugünkü iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2025-ci ilə dair məlumatını təqdim edərkən deyib.O qeyd edib ki, insan alveri cinayətlərinin 97 faizi açılıb:“6 şəxs ətrafında keçirilmiş əməliyyat tədbirləri ilə 2 cinayətkar qrup zərərsizləşdirilib. Həmin hüquqazidd əməllərlə əlaqədar 10 cinayət işi başlanılıb, 8 cinayət işi üzrə 10 şəxs (9-u qadın) təqsirləndirilən qismində cəlb olunmuş, 12 nəfər (11-i qadın) məhkəmə məsuliyyətinə verilib. Məhkəmələr tərəfindən 14 insan alverçisi azadlıqdan məhrum etmə cəzasına məhkum edilib”.Günay Şahmar, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
30
3
bizim.media

10Sources