EN

Azərbaycan Kuboku: Final oyununa 7 mindən çox bilet satılıb

Bakı, 12 may, AZƏRTAC

Futbol üzrə Azərbaycan Kubokunun final oyununa satılmış biletlərin sayı açıqlanıb.

Peşəkar Futbol Liqasından (PFL) AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, satışa çıxarılmış 8131 biletin 7000-dən çoxu azarkeşlər tərəfindən alınıb.

Hazırda satışda təqribən 1000-ə yaxın biletin qaldığı vurğulanıb.

Qeyd edək ki, mayın 13-də “Palms Sports Arena”da “Sabah” və “Zirə” komandaları arasında keçiriləcək final oyunu saat 20:00-da start götürəcək.

Chosen
65
2
azertag.az

4Sources