EN

Hindistan səfiri Şabranda Ayurveda Mərkəzini ziyarət edib

525.az saytından alınan məlumata görə, ain.az bildirir.

Hindistanın Azərbaycandakı səfir Abhay Kumar Şabran şəhərindəki Ayurveda Mərkəzini ziyarət edib.

525.az bu barədə səfirliyə istinadən xəbər verir.

Diplomat mərkəzdə çalışan hindistanlı Ayurveda həkimləri, terapevtləri və aşpazları ilə görüşüb. O, həmçinin mərkəzin rəhbəri Teymur Hacıbəyovla görüşüb və Ayurvedanın Azərbaycanda təşviqi sahəsində gələcək əməkdaşlıq imkanlarını müzakirə edib.

Xatırladaq ki, Ayurveda 5 min ildən çox yaşı olan qədim Hindistanın kompleks sağlam həyat və təbii tibb sistemidir. Bədən, ağıl və ruhun harmoniyasına əsaslanan bu sistem, xəstəliklərin müalicəsindən daha çox, düzgün qidalanma, yoqa, meditasiya və bitki vasitələri ilə sağlamlığın qorunmasına və balansın bərpasına yönəlir. 

Pərvanə Sultanova

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
75
525.az

1Sources