EN

"Kontakt Home": Bu gün məhsullarımızın saxlandığı anbarlardan birində yanğın baş verib, çatdırılmada gecikmələr yaşana bilər

"Bu gün məhsullarımızın saxlandığı anbarlardan birində yanğın baş verib. Ən önəmlisi odur ki, heç kim zərər çəkməyib, hadisə yerindəki bütün insanlar salamatdır".

Marja.az xəbər verir ki, bu barədə "Kontakt Home" mağazalarını idarə edən "ABC Telekom" şirkəti sosial mediada xəbər paylaşıb. 

"Mövcud vəziyyətlə əlaqədar bəzi sifarişlərinizin çatdırılmasında qısamüddətli gecikmələr yaşana bilər. Vəziyyətlə bağlı yeni məlumatlar paylaşılacaq. Səbirinizə və etimadınıza görə minnətdarıq",- paylaşımda deyilir.

Chosen
49
2
marja.az

3Sources