EN

Lokbatanda yanan anbar məşhur mağazalar şəbəkəsinə məxsusdur

“Bu gün məhsullarımızın saxlandığı anbarlardan birində yanğın baş verib”.

“Yeni Sabah”ın xəbərinə görə, bu barədə “Kontakt Home” mağazalar şəbəkəsi məlumat yayıb.

“Ən önəmlisi odur ki, heç kim zərər çəkməyib, hadisə yerindəki bütün insanlar salamatdır. Operativ müdaxiləyə görə təcili yardım və yanğından mühafizə xidmətlərinə təşəkkür edirik”, - açıqlamada qeyd olunub. Dördpendirli pizza

Bildirilib ki, mövcud vəziyyətlə əlaqədar olaraq bəzi sifarişlərin çatdırılmasında qısamüddətli gecikmələr yaşana bilər:

“Hansı sifarişlərin təsirləndiyini dəqiqləşdirən kimi həmin müştərilərimizlə birbaşa əlaqə saxlayacağıq.

Vəziyyət aydınlaşdıqca yeni məlumatları paylaşacağıq. Səbirinizə və etimadınıza görə minnətdarıq”.

Aydan Hacı


Telegram kanalımız
Chosen
80
27
yenisabah.az

10Sources