EN

Lökbatanda yanan anbarın kimə məxsus olduğu açıqlandı RƏSMİ

ain.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

“Bu gün məhsullarımızın saxlandığı anbarlardan birində yanğın baş verib”. Bizim.Media xəbər verir ki, bununla bağlı “Kontakt Home”un sosial şəbəkə hesabında məlumat verilib.“Ən önəmlisi odur ki, heç kim zərər çəkməyib, hadisə yerindəki bütün insanlar salamatdır.Operativ müdaxiləyə görə təcili yardım və yanğınsöndürmə xidmətlərinə təşəkkür edirik.Mövcud vəziyyətlə əlaqədar olaraq bəzi sifarişlərinizin çatdırılmasında qısamüddətli gecikmələr yaşana bilər. Hansı sifarişlərin təsirləndiyini dəqiqləşdirən kimi həmin müştərilərimizlə birbaşa əlaqə saxlayacağıq.Vəziyyət aydınlaşdıqca yeni məlumatları paylaşacağıq. Səbirinizə və etimadınıza görə minnətdarıq”, - paylaşımda deyilir.Xatırladaq ki, bu gün Qaradağın Lökbatan qəsəbəsində yerləşən anbarda güclü yanğın baş verib.

Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
21
27
bizim.media

10Sources