EN

Nihat Kahveci “Neftçi”nin futbolçusunun qolundan danışdı

ain.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyəli məşhur futbol şərhçisi və sabiq hücumçu Nihat Kahveci "Neftçi"nin futbolçusu Freddi Varqasın vurduğu qoldan danışıb.

MMilli.Az xəbər verir ki, isli Premyer Liqasının XXX turunda keçirilən "Karvan-Yevlax" - "Neftçi" qarşılaşmasında fərqlənən Varqasın qolu Türkiyə mediasında da diqqət çəkib. Nihat Kahveci "Haber Global" kanalında yayımlanan "Kontraspor" proqramında həmin qolu yüksək qiymətləndirib.

Türkiyə millisinin keçmiş üzvü futbolçunun 57-ci dəqiqədə vurduğu topu olduqca baxımlı və yüksək səviyyəli qol adlandırıb. Onun sözlərinə görə, epizod həm texniki baxımdan, həm də icra keyfiyyəti ilə seçilib.

Qeyd edək ki, görüş Karvan-Yevlax FK üzərində "Neftçi"nin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Freddi Varqasın qol görüntüsü isə klubun sosial media hesabında paylaşılaraq 25 milyondan çox baxış toplayıb.

Hüseyn

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
80
1
news.milli.az

2Sources