EN

Kıvanç Tatlıtuğ həyatdakı ən böyük uğurunu açıqladı

ain.az, Baku.ws portalına istinadən məlumat verir.

Aktyor Kıvanç Tatlıtuğ həyatdakı ən böyük uğurunun həyat yoldaşı Başak Dizer olduğunu bildirib.

BAKU.WS xəbər verir ki, aktyor ən böyük uğurun alqışlanmaq olmadığını qeyd edib:

"Mən sevdiyim qadınla qocalmaq üçün yola çıxdım. Günün sonunda evə getdiyimdə rahatlıq tapa bilirəmsə, bu mənim üçün ən böyük uğurdur. Uğur təkcə alqışlanmaq deyil, arxanda nə qoyduğundur".

Xatırladaq ki, Kıvanç Tatlıtuğ stilisti Başak Dizer ilə 2016-cı ildə Fransanın Paris şəhərindəki Türkiyə səfirliyində keçirilən sadə bir mərasimlə evləniv.

Cütlüyün 15 aprel 2022-ci ildə Kurt Efe adlı bir oğlu dünyaya gəlib.

Onların sevgi hekayəsi Kıvanç Tatlıtuğun baş rolu canlandırdığı, Başak Dizerin isə stilisti olduğu "Aşk-ı Memnu" serialının çəkiliş meydanında başlayıb.

Başak Kıvançdan 6 yaş böyükdür.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
101
1
baku.ws

2Sources